İdman

Nəbiyevli "Viktoriya" səfərdə xal itirdi

22 İyun 2020 02:30
0 Şərh     Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçular - Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Vişehrad" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya" hazırda 45 xalla 16 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.