PSJ-nin iki futbolçusu - Edinson Kavani və Tomas Munye Paris klubunun Çempionlar Liqasındakı matçlarında iştirak etməyəcək.
Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər iki futbolçu iyunun 30-na qədər olan müqavilələrini yeniləməyəcək və klubu tərk edəcəklər.
UEFA, klublara futbolçuların iyunda bitən müqavilələrinin daha bir aylıq uzadılmasıyla bağlı müraciət etmişdi. Ancaq Kavani və Munye PSJ-də qalmaq istəmir və iyulun 1-də komandanı tərk edəcəklər.
PSJ Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparır.
Milli.Az