İdman

Türkiyə Superliqası: “Sivasspor” üç xalı bir qolla qazanıb

16 İyun 2020 08:13
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında "Sivasspor" "Dənizlispor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, "Sivasspor" "Dənizlispor"u 1:0 hesabı ilə məğlub edib.

Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan "Başakşəhər" ikincidir. "Sivasspor" 52 xalla üçüncü, "Qalatasaray" klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.