İdman

Qurban Qurbanovdan transfer açıqlaması - “Demək olar ki, bu iş tamamlanıb”

10 İyun 2020 19:19
Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Deportivo Saviş" klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçinin keçidi üçün işlər tamamlanıb.

"Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb" - deyə o qeyd edib.

Q.Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.

Qeyd edək ki, 27 yaşlı Kevin Medina bu mövsüm 2-ci liqa təmsilçisi "Deportivo Saviş"də 16 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.