İdman

Çempionlar Liqasının hakimi fahişəxanaya basqın zamanı saxlanıldı

30 May 2020 10:24
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sloveniyadan olan FİFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovinada polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı referi 9 qadın və 26 kişi ilə birlikdə fahişəxanaya basqın zamanı saxlanılıb. Saxlanılanlar eyni zamanda narkotikdən istifadə və silah saxlamaqda ittiham olunub. Vinçiçin dindirildikdən sonra sərbəst buraxıldığı bildirilib.

Bosniya polisinin basqın fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi  tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.

Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.