İdman

Karateçilərimizin Madrid uğuru

20 Aprel 2010 21:06
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniya komandası ilə üç kişi və iki qadın idmançının mübarizə apardığı "Mix team kumite" (qarışıq komanda kumite) görüşləri karateçilərimizin qələbəsi ilə başa çatıb.

Dünya və Avropa çempionları olan təcrübəli ispan komandasının üzvləri ilə ayrı-ayrı görüşlərdə Nərgiz Mehdiyeva və Aynur Məmmədova məğlub olublar. Amal Atayevin döyüşü heç-heçə yekunlaşsa da Niyazi Əliyevin, əsasən də Rəfael Ağayevin 7:0 hesablı qələbəsi ümumi hesabda komandamıza qələbə gətirib. Bundan başqa fərdi kumitedə çıxış edən Rəfael Ağayev bir neçə döyüşdə qalib gəlsə də, son görüşdə rəqibini zədələdiyindən mübarizəni yarımçıq dayandırmağa məcbur olub.

Qeyd edək ki, beynəlxalq dərəcəli referi Yusif Məmmədov da İspaniyanın paytaxtında yarışın hakimləri arasında olub. Bu turnir karateçilərimizin mayda Afinada Avropa çempionatına hazırlıq məqsədi daşıyırdı.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.