İdman

"Barselona" istəyir, "İnter" satmır

28 May 2020 19:22
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" adı "Barselona" ilə hallanan futbolçusu Lautaro Martinesi satmağı düşünmür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Ausilio məlumat verib. O bildirib ki, ancaq 22 yaşlı hücumçunun müqaviləsində qeyd olunan təzminat qiyməti ödəniləcəyi təqdirdə, Martineslə yolları ayıra bilərlər: "Barselona" kimi bir çox klub Lautoro üçün bizimlə əlaqə saxlayıb. Ancaq onlara futbolçumuzu satmayacağımızı bildirmişik. Onu istəyirlərsə, təzminat qiymətini ödəmək məcburiyyətindədirlər".

Qeyd edək ki, bu mövsüm "İnter"də 31 matçda 16 qol vuran və 2 qolun ötürməsini verən L.Martinesin təzminat qiymətinin 111 milyon avro olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.