İdman

"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir

28 May 2020 14:25
Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"nun müdafiəçisi Santyaqo Arias Türkiyəyə köçə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, "Qalatasaray" 28 yaşlı oyunçunu heyətinə qatmağı düşünür.

Madrid klubu özü Ariası mövsümün sonunda satmağı planlaşdırır. Kolumbiyalının müqaviləsində sərbəst qalma məbləği 40 milyon avro göstərilib. Ancaq ispanlar onu ucuz qiymətə yola salmağa hazırdırlar. Hazırda oyunçunun transfer qiyməti 12 milyon avro dəyərindədir və onun xidmətində ən çox maraqlı olan klub "Qalatasaray"dır.

Qeyd edək ki, Santyaqo Arias cari mövsüm 11 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.