AFFA çempionatları başa çatdırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib. Təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb. Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Milli.Az xəbər verir ki, aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, "Coca-Cola Məktəbli Kuboku" turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.
2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiymətində dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü
-
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
-
Yasamalda yaşayanların diqqətinə
-
Azərbaycanın Qarabağ xalçası Peruda nümayiş etdirildi - (Video)
-
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?





