İdman

Azərbaycan Avro-2020 ilə bağlı zamanət verdi

21 May 2020 20:39
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını qəbul etməyə hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən "Ria Novosti"yə bildirilib.

Qeyd olunub ki, bütün təminatlar hökumət tərəfindən verilib.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.