İdman

Fransa çempionatında klub sayı artırıldı

21 May 2020 09:44
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl yekun vurulan Liqa 2 ilə bağlı daha bir mühüm qərar qəbul olunub.

Milli.Az matc.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-ni heç bir komandanın tərk etməyəcəyini açıqlayıb.
 
Belə ki, sözügedən çempionatda 2020/21 mövsümü aşağı liqadan gələcək iki klub da daxil olmaqla, 22 komanda ilə keçiriləcək. 
 
Xatırladaq ki, Liqa 1-də də mövsüm erkən yekunlaşdırılıb və lider PSJ çempion elan olunub. Son iki yeri tutan "Amyen" və "Tuluza" isə elitanı tərk edib və Liqa 2-yə düşüb. Əvəzində Liqa 2-də ilk iki pilləni tutan "Loryan" və "Lans" Liqa 1-ə vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.