İdman

Futbol üzrə İngiltərə millisinin oyunçusu silahlı soyğuna məruz qalıb

14 May 2020 07:15
0 Şərh     Baxış: 778
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Tottenhem"in və İngiltərə milli futbol komandasının yarımmüdafiəçisi Dele Alli silahlı soyğuna məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti bildirib.

Mənbəyə əsasən, soyğunçular gecə saatlarında oyunçunun evinə girib, bıçaqla hədələyib və üzünə vurublar. Evdə D.Alli özü, qardaşı və bir neçə nəfər olub.

Qeyd olunur ki, futbolçunun evi video nəzarət sistemi ilə təchiz olunub. Artıq araşdırmalara başlayan polisə müvafiq materiallar göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.