İdman

“Qarabağ” mənə yeni müqavilə təklif etməyib” - Araz Abdullayev

12 May 2020 19:28
0 Şərh     Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Araz Abdullayevin gələcək karyerasına aydınlıq gəlmək üzrədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan idman mətbuatında yazıldığı kimi, müqavilə ilə məxsus olduğu Yunanıstanın "Panionios" klubuna qayıtmayacaq.

Buna səbəb onun 2018-ci ilin iyulun 7-də Afina klubu ilə bağladığı iki illik müqavilənin müddətinin başa çatmasıdır.

Araz Abdullayevin "Qarabağ"da qalmayacağı da dəqiqdir. Onun Ağdam klubu ilə 2018-ci ilin avqustun 31-də bağladığı icarə müqaviləsinin müddəti başa çatır. Son oyunlarda ehtiyatda gününü keçirən Araz artıq özünə yeni klub axtarışına başlayıb.

İdmançının özü isə saytımıza açıqlamasında karyerası ilə bağlı heç nəyin bilinmədiyini qeyd edib: 

"Qarabağ" mənə yeni müqavilə təklif etməyib. Hələ heç nə bilinmir. Düzdür, Yunanıstan klubu ilə də müqaviləm başa çatır. Amma karyeramı xaricdə davam etdirməyimlə bağlı yazılanlar doğru deyil. Hazırda gözləmə mövqeyindəyəm. Görək, bu işlərin sonu necə olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.