İdman

"Səni öldürəcəm, dişlərindən boyunbağı düzəldəcəm" - Makqreqor Qetjini təhdid etdi

12 May 2020 18:22
0 Şərh     Baxış: 1 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəki dərəcəsində müvəqqəti UFC çempionu Castin Qetji daha öncəki açıqlamasında Həbib Nurməhəmmədovu "dünyanın ən yaxşı döyüşçüsü" adlandırmış, Konor Makqreqorun isə ailə başçısı və ata kimi bərbad özəlliklərə sahib olduğunu bildirmişdi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Konor tvitter hesabı vasitəsilə Qetjiyə cavab verib. İrlandiyalı döyüşçü Həbibin ancaq ayaq qucaqlamaqla məşğul olduğunu qeyd etməklə yanaşı, Castini öldürməklə təhdid edib:
"Castin, ayaq qucaqlayan biri təhlükəli ola bilməz. Əsl təhlükə ilə "rəqs etməy"ə çalış.

Ehtiyacın olan yeganə şey budu. Səni öldürəcəm, dişlərindən boyunbağı düzəldəcəm.

Mənim atalıq keyfiyyətlərimdən danışmısan? Sən artıq lənətə gəlmiş ölüsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.