İdman

Premyer Liqa bu tarixdə başlaya bilər

11 May 2020 18:34
0 Şərh     Baxış: 1 421
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərə Premyer Liqası gələn ay bərpa oluna bilər.

Ötən gün Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə ölkənin karantin rejimindən mərhələli çıxış "xəritə"sini açıqlayıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, epidemioloji vəziyyət uyğun olacağı təqdirdə, idman, o cümlədən futbol turnirlərinin iyun ayında başlayacağına dair qərar qəbul ediləcəyi gözlənilir.

Komandaların 18 maydan etibarən məşqlərə başlayacağı, Premyer Liqanın bərpasının isə 12-13 iyun tarixlərinə təsadüf edəcəyi bildirilir.

Qeyd edək ki, İPL-də mövsüm koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.