İdman

İngiltərə Premyer Liqasında çempion ola bilməyən "10-luq" açıqlanıb

9 May 2020 23:49
0 Şərh     Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Sky Sports" televiziya kanalı Premyer Liqa çempionluğunu qazana bilməyən ulduz futbolçuları sıralayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk pillədə "Vest Hem"in və İngiltərə millisinin sabiq müdafiəçisi Bobbi Mur qərarlaşıb.

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard reytinqdə ikinci yeri tutub. "Tottenhem"in formasını geyinmiş Pol Qaskoyn üçüncü olub.

İlk "10-luq":
1. Bobbi Mur ("Vest Hem", "Fulhem")
2. Stiven Cerrard ("Liverpul")
3. Pol Qaskoyn ("Nyukasl", "Tottenhem", "Midlsbro", "Everton")
4. Jeff Hörst ("Vest Hem", Stok Siti")
5, Qari Lineker ("Lester", "Everton", "Tottenhem")
6. Cimmi Qrivz ("Çelsi", "Tottenhem", "Vest Hem")
7. Qlenn Hoddl ("Tottenhem", "Suindon", "Çelsi")
8. Ceymi Karrager ("Liverpul")
9. Canfranko Zola ("Çelsi")
10. Mett Le Tissye ("Sauthempton")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.