İdman

AFFA-dan 5 əvəzetmə sayı ilə bağlı açıqlama

9 May 2020 11:59
0 Şərh     Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 pandemiyası ilə əlaqədar futbol oyunlarına fasilə verilməsi və Azərbaycan Premyer Liqasında oyunların bərpa olunacağı təqdirdə bütün texniki detalları nəzərə alaraq, AFFA oyun ərzində əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FIFA-ya rəsmi müraciət ünvanlamışdı.

Sportal.az xəbər verir ki, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FIFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.

Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.