İdman

"Fənərbaxça"da bir nəfərdə koronavirus aşkarlanıb

7 May 2020 23:12
0 Şərh     Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə futbolunda daha bir koronavirus infeksiyasına yoluxma halı açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Fənərbaxça"nın çalışanlarından birinin testi müsbət nəticə verib.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, bazada çalışan klub işçilərindən birində koronavirus xəstəliyi aşkarlandığından, həmin şəxs karantinə alınıb. Həmçinin daha bir işçi eyni şübhə ilə həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, Türkiyə Super Liqasında mövsümün iyunun 12-də bərpa edilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.