İdman

Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək

5 May 2020 22:24
0 Şərh     Baxış: 1 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mayın 12-də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası birlikdə "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, vebinar formatında keçiriləcək tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcək.

Görüşdə Azərbaycanda koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün görülən tədbirlər, həmçinin pandemiyanın investisiya layihələrinə, insan resurslarının idarə edilməsinə və gömrük prosedurlarına təsiri müzakirə ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.