İdman

"Liverpul" məşhur futbolçunu transfer etmək istəyir

4 May 2020 20:55
0 Şərh     Baxış: 1 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu mövsüm İngiltərə Premyer Liqasında rekordları yeniləyərək azakeşlərin diqqətini cəlb edən "Liverpul" yeni mövsüm üçün heyətini bir qədər də gücləndirməyə çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, komanda mərkəz müdafiəçsi və hücümçu transfer etmək niyyətindədir.

Xüsusən də "Napoli"nin müdafiəçisi və Seneqal millisinin üzvü Kalidu Kulibali Avropa nəhənglərinin diqqət mərkəzindədir. Onun maraqlanan klublar arasında "Liverpul"un favorit olduğu deyilir. Mersisaydlılar onun keçidinə görə Deyan Lovreni də əks tərəfə göndərə bilərlər. "Liverpul"un funksionerləri arxa xətdə Vircil Van Daykla tandem yaratmaq üçün güclü mərkəz müdafiəçisi kimi məhz Kulibalini görürlər.

Qeyd edək ki, 28 yaşlı futbolçunun transfer qiymətinin 89 milyon funt-sterlinq olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.