İdman

İngiltərə çempionatı Avstraliyada yekunlaşa bilər

3 May 2020 09:55
0 Şərh     Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə futbol çempionatının rəhbərliyi pandemiya səbəbindən təxirə salınmış qalan mövsümi oyunlarını Avstraliyada yekunlaşdırmaq təklifi alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, İngiltərə çempionatı martın 13-də dayandırılıb, turnirin qalan 92 oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Daha əvvəl liqa klubları hökumətdən icazə aldıqları təqdirdə çempionat oyunlarını sona çatdırmaq barədə razılıq əldə ediblər.

Futbol agenti Qeri Vilyams çempionatı yerli senatorun fikrincə pandemiyadan o qədər də zərər çəkməyən və "yer üzündəki ən təhlükəsiz yer" saydığı Avstraliyanın Pert şəhərində yekunlaşdırmaq barədə İngiltərə Premyer Liqasının (Premyer Liqa) rəhbərliyinə təklif göndərib.

Vilyamsın sözlərinə görə, bu qərar oyunçular üçün daha rahat şərtlərə zəmanət verir, polisi klubların təlim bazalarını qorumaq ehtiyacından xilas edir və tribunalarda tamaşaçıların olması ilə bağlı qərar qəbul etmək məsələsində variantları artırır.

Artıq bir neçə Premyer Liqa klubu təklifə maraq göstərib. Qeyd olunur ki, gələn həftə Vilyams İngiltərə hakimiyyəti ilə danışıqlar aparmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.