İdman

"Ölməzdən əvvəl "Tottenhem"lə kubok qazanmaq istəyirəm"

30 Aprel 2020 18:49
1 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maurisio Poççetino sabiq klubu "Tottenhem"i yenidən çalışdırmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə argentinalı mütəxəssis "BT Sport"a açıqlamasında deyib:

"Heç kim böyük bir yolun bu cür bitməsini istəməzdi. Ancaq  qəlbimin dərinliklərində "Tottenhem"lə yollarımın yenidən kəsişəcəyini hiss edirəm. Xəyalım bir gün bu kluba qayıtmaq və yarımçıq qoyduğum işi tamamlamaqdır. Kuboklar qazanmaqla bağlı düzgün yolda idik, amma təəssüf ki, etmədim. Mən də gələcək planlarım üzərində düşünürəm. Amma yenə də "Tottenhem"ə qayıtmaq istəyərdim. Çünki həm klub, həm də azarkeşlər mənim üçün çox xüsusidir. Nə qədər davam edirsə etsin, ölməzdən əvvəl "Tottenhem"ə qayıdıb, kubok qazanmaq istəyirəm. Çünki bunun mənası mənim üçün böyükdür".

Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə "Tottenhem"i çalışdırıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.