İdman

Premyer Liqada yeni qərar - 5 əvəzetmə olacaq

27 Aprel 2020 13:46
0 Şərh     Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premyer Liqa rəhbərliyi mövsüm bərpa olunduqdan sonra matçlarda beş əvəzləmə etməyə icazə verməyə hazırdır.  

Milli.Az matc.az-a istinadən xəbər verir ki, oyunçuların fiziki hazırlığı yüksək səviyyədə olmadığından onların zədə riskini azaltmaq üçün belə bir qərar verilə bilər.

Daha əvvəl FİFA tərəfindən təklif olunan paketdə görüşlərdə beş əvəzləmə olmasına icazə verilmişdi. Bu təsdiqlənərsə, Premyer Liqa klubları bundan istifadə etmək barədə özləri qərar verəcəklər. Bənzər bir təklif "Sampdoria"nın baş məşqçisi Klaudio Ranieri  tərəfindən də edilib.

Ancaq burada söhbət meydana 5 yeni oyunçunun girməsindən getmir. Sadəcə, əvəzlənən futbolçu bir müddətdən sonra yenidən oyuna daxil ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.