İdman

"Barselona"nın təklifi Neymarı qane etmir

24 Aprel 2020 16:29
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin hücumçusu Neymarın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Barselona"ya keçsə, maaşında ciddi azalma olacaq.

Məlumata görə, Neymar hazırda PSJ-də illik 52 milyon avro qazanır. Kataloniya klubu isə futbolçuya 20 milyon avro təklif edir. Ancaq 28 yaşlı oyunçunun buna müsbət yanaşmadığı bildirilir.

Bununla yanaşı, Paris təmsilçisi Neymara yeni müqavilə təklif etməyə hazırlaşır. Sözləşməyə əsasən, braziliyalı illik 38 milyon avro alacaq. Ancaq bu rəqəm bonuslarla birlikdə 50 milyonu keçir. Bu səbəbdən də ulduz futbolçunun "Barselona"ya keçidi baş tutmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.