İdman

Milli komandamıza qayıdacağı xəbərlərinə Prosineçkidən reaksiya

21 Aprel 2020 19:58
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Türkiyə superliqa təmsilçisi "Kayserispor"u çalışdıran Robert Prosineçki yenidən millimizi çalışdıracağı barədə Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, "Futbol+" qəzetinə açıqlamasında hazırda ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözlədiklərini söyləyib.

"Hazırda "Kayserispor"un başındayam və hədəfimiz superliqada qalmaqdır. Ona görə də indi başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Yəni yenidən millini çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb" - deyə R.Prosoneçki bildirib.

Xatırladaq ki, xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.