İdman

"Real"dan 21 yaşlı qapıçı üçün 50 milyon avro

21 Aprel 2020 19:34
0 Şərh     Baxış: 1 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan"ın qapıçısı Canluici Donnarumma "Real"a keçə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı qolkiperlə maraqlanır. Bildirilib ki, La Liqa təmsilçisinin baş məşqçisi Zinəddin Zidan komandanın hazırkı qapıçısı Tibo Kurtuanın oyunundan narazıdır və alternativ variantlara baxır.

"Real"ın Donnarumma üçün 50 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Donnarummanın İtaliya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.