"Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva yayda İspaniyanın "Valensiya" klubuna keçə bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Valensiya" "Mançester Siti" ilə müqaviləsinin müddəti iyunun 30-u bitəcək 34 yaşlı ispaniyalını transfer etmək istəyən əsas klubdur.
Beləliklə, D.Silva İspaniya klubuna azad agent kimi keçə biləcək.
Qeyd edək ki, İngiltərə klubu D.Silvanı 2010-cu ildə "Valensiya"dan 28,75 milyon avroya tranfer edib.
Milli.Az