İdman

Koutinyo ilə Kante dəyişdirilir

15 Aprel 2020 14:25
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" və "Çelsi" koronavirus pandemiyası səbəbiylə maddi çətinliklər yaşayır.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu səbəbdən də komandalar transfer dönəmində qarşılıqlı anlaşmaya gedə bilər.

Məlumata görə, Kataloniya klubu London təmsilçisinə  Filipp Koutinyo ilə Nqolo Kanteni dəyişməyi təklif edib. Hər iki oyunçunun da qiyməti təxminən eynidir - 70 milyon avro.

"Çelsi" 29 yaşlı fransalının yanvardan sonrakı çıxışından narazıdır. İcarə əsasında "Bavariya"da çıxış edən Koutinyo isə Münhen klubundan ayrılacaq.  Braziliyalının da bu təklifə müsbət yanaşdığı qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.