İdman

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib

10 Aprel 2020 11:18
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi aprelin 9-da keçirdiyi videokonfrans zamanı bir sıra idman yarışlarının keçirilmə tarixinin koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilməsi məsələsini müzakirə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya kubokunun nəticələri ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, təsnifat mərhələsinin nəticələri yekun nəticə kimi qəbul edilib və xallar bu nəticəyə uyğun verilib.

Xatırladaq ki, idman gimnastikası üzrə Dünya kubokunun final mərhələsi martın 14-15-də keçirilməli idi. Martın 12-13-də yarışın təsnifat mərhələsi baş tutmuşdu.

Digər qərara əsasən, Bakıda bu il mayın 14-16-da keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib.

Batut gimnastikası üzrə dünya çempionatı planlaşdırıldığı kimi 2021-ci ildə Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.