İdman

"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

9 Aprel 2020 17:52
0 Şərh     Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda COVID-19 pandemiyasına yoluxmalarından danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, televiziyada çalışan xanım jurnalist hələ də sağalmadıqlarını deyib:

"Koronavirusu yüngül keçirənlər üçün təyin edilən 20 gün müddətini keçdik, amma son test yenə də müsbət çıxdı. Xəstəxanada gənc olduğum üçün təhlükənin az olduğunu dedilər. Buna görə özümə təsəlli verirəm. Ancaq Ruqani ilə görüşə bilmirik.

O, "Yuventus"un otelində qalır. Yalnız görüntülü zənglə kifayətlənirik. 4 aylıq hamiləyəm, buna görə mütəmadi həkimə getməliyəm. Uşağıma nəsə olmağını istəmirəm, çox narahatam".

Qeyd edək ki, Ruqani Juventus-da koronavirus yoluxan ilk futbolçu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.