İdman

Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar

28 Mart 2020 17:33
1 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, peşəkar şahmatçılar və şahmat həvəskarlarına açıq məktub ünvanlayıb. 

Milli.Az bildirir ki, üçqat Avropa çempionları məktubda koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İddiaçılar Turnirinin belə şəraitdə keçirilməsinin səhv qərar olduğunu bildirib və FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş və tələb ediblər. 

Məktubda deyilir ki, belə şəraitdə İddiaçılar Turnirinin keçirilməsi və dayandırılması normal idman prinsiplərinə qarşı addım sayılır və şahmatçıların sağlamlığına qarşı biganə münasibətin göstəricisidir. FİDE qəbul etdiyi qərarlara görə şahmatçılar və şahmat dünyası qarşısında məsuliyyət daşımalıdır. Biz hadisələrin belə davam etməsindən zərərçəkən komanda yoldaşımız Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakçılar sırasında qaytarılmasını xahiş və tələb edirik. 
 
Qeyd edə ki, məktub Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynovun adından göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.