"İnter"in müdafiəçisi Valeri Abramidze Premyer Liqanın 15-ci turunun "Xəzər Lənkəran"la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Turan"la sonuncu oyununuzu başa vura bilmədiniz...
- Onlar bununla öz narazılıqlarını bildirmək istədilər. Hər halda bu, onların hüququdur.
- Bir müddət öncə də eyni addımı siz atmışdız. Özü də elə "Şəfa" stadionunda.
- Onlar meydanı tərk etmədilər. Sadəcə, ikinci hissəyə çıxmaqdan imtina etdilər. Biz də eyni aqibəti yaşamışıq.
- Onda üçüncü dəfə bunu nə vaxt gözləyək?
- (Gülür) Ümid edirəm ki, üçüncü dəfə belə bir şey olmayacaq.
- Klubunuzun "Şəfa"nı almaq xəbəri necə qarşılandı?
- Bu, klubumuzun strukturu baxımından çox böyük işdir. Hər klubun özünün bazasının, stadionunun olması yaxşı amildi. İndi bundan sonra infrastrukturu daha da yaxşılaşdırmaq olar.
- Hazırda sizi nə qane etmir ki?
- Heç də hər şey ideal deyil. Üzərində işləniləsi məqamlar var. Məsələn, qazonu dəyişdirmək lazımdır. Hamı bilir ki, bu süni qazon artıq köhnəlib. İndi stadion bizimdi və rəhbərlik bu məsələnin həlli ilə məşğul ola bilər.
- Qarşıda sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Biz onları, onlar bizi tanıyırlar. Lənkəranda dolu tribunalar qarşısında oynamaq çox xoşdu. Arenada belə atmosferin olması futbola əlavə gözəllik verir.
- "Şəfa"da bu yoxdu?
- "Neftçi" və "Xəzər Lənkəran"la oynayanda olur. Amma məsələn, "Turan"la qarşılaşmalarda belə şeyə rast gəlmək olmur.
- İlk dövrədə "Xəzər Lənkəran"ı məğlub etmişdiz. Bunu Lənkəranda da təkrarlaya biləcəksiz?
- Bilirsiz, bizə indi heç-heçə deyilsə, razı olarıq. Amma əgər qələbə qazanmaq imkanı varsa, niyə də bunu etməyək? "Xəzər Lənkəran" yaxşı komandadır. Biz də ora uduzmaq üçün getmirik. Öz futbolumuzu oynayacağıq.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Valeri Abramidze: "Lənkərana uduzmaq üçün getmirik" - MÜSAHİBƏ
2 Dekabr 2011 23:55
0 Şərh
Baxış: 171

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO
-
Həmin qəzada şəhid qardaşı da həyatını itirib - FOTO