İdman

"Tottenhem”in səfər, “Valensiya”nın ev sınağı

10 Mart 2020 08:03
0 Şərh     Baxış: 1 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 1/4 final mərhələsinin iki iştirakçısı bəlli olacaq.

Valensiyada eyniadlı komanda çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. "Yarasalar" "Atalanta"dan böyükhesablı məğlubiyyətin əvəzini çıxmalıdır. 

"Tottenhem" isə evdə aldığı yenilgini unutdurmaq üçün Almaniyaya yollanıb. Londonlular 1/4 final iddiasında olan "Leypsiq"i mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, martın 11-də PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) və "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. "Mestalya" stadionu
İlk oyun - 1:4

00:00. "Leypsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. "RB Arena"
İlk oyun - 1:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.