İdman

"Liverpul"dan əzmkar qələbə

7 Mart 2020 19:21
0 Şərh     Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına "Liverpul" - "Bormunt" qarşılaşması ilə start verilib.

"Enfild" stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Oyunda hesabı qonaqlar matçın 9-cu dəqiqədə Callum Vilson sayəsində açıblar. Qoldan sonra hücumları artıran "Liverpul" qarşılaşmanın 25-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Məhəmməd Salah Sadio Manenin ötürməsini qolla tamamlayıb.

Oyunun 33-cü dəqiqəsində Sadio Mane adını tabloya yazdıraraq komandasını fasiləyə üstün aparıb.

Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, "Liverpul" Premyer Liqada növbəti qələbəsini qazanaraq xal ehtiyatını 82-yə çatdırıb və birinci pillədəki yerini möhkəmlədib. "Bormunt" isə 27 xalla 18-ci yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.