İdman

"Napoli" - "Barselona" oyununda 2 qol, "Bavariya"dan darmadağın - VİDEO - FOTO

26 Fevral 2020 06:31
1 Şərh     Baxış: 4 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Milli.Az matc.az-a istinadən bildirir ki, bu gecə daha iki qarşılaşma keçirilib.

Turun maraqla gözlənilən matçı Londonda baş tutub. "Çelsi" evdə "Bavariya"nı qəbul edib. Münhen təmsilçisi səfərdə darmadağınla qalib gələrək cütün taleyini elə ilk oyundaca həll edib. Digər görüş isə İtaliyada olub. Cari mövsümdə A Seriyasında istədiyi kimi çıxış edə bilməyən "Napoli" doğma meydanda "Barselona"nı qonaq edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Çempionlar Liqası, 1/8 final mərhələsi

"Çelsi" - "Bavariya" 0:3
Qol: Qnabri, 51; 54. Levandovski, 76.
London. "Stemford Bridc". Hakim: Klement Turpin.

Çelsi: Kabalyero, Rudiger, Alonso, Kristensen, Aspilikueta, Ceyms, Jorjinyo, Barkli, Kovaçiç, Maunt, Jiru.

Bavariya: Noyer, Pavar, Boatenq, Alaba, Kimmix, Alkantara, Qnabri, Koman, Devis, Müller, Levandovski.

"Napoli" - "Barselona" 1:1
Qol: Mertens, 30 - Qrizmann, 57.
Neapol. "San Paolo". Hakim: Feliks Brik

Napoli: Ospina, Demme, Mariu Ruy, Maksimoviç, Di Lorenso, Manolas, Ruis, Zelinski, Mertens, Kalyexon, İnsinye.
 
Barselona: Ter Ştegen, Semedo, Pike, Umtiti, Firpo, Buskets, De Yonq, Vidal, Rakitiç, Qrizmann, Messi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.