İdman

İtaliyada bütün oyunlar təxirə salına bilər - Koronavirusa görə

24 Fevral 2020 14:57
0 Şərh     Baxış: 1 301
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə İtaliya A Seriyasında növbəti - 26-cı turun oyunları təxirə salına bilər.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdı.

Yerli mətbuata danışan İtaliyanın baş naziri Cüzeppe Konte, koronavirus səbəbindən növbəti turun oyunlarının təxirə salına biləcəyini bildirib:

"Düşünmürəm ki, bir həftəyə koronavirusun yayılmasını ləngidə biləcəyik və təxirə salınan oyunları keçirəcəyik. Vəziyyəti daim izləyirik, son durumu qiymətləndirəcəyik. Növbəti turun oyunlarının təxirə salınmasını nəzərdən keçirəcəyik".

A Seriyasının 25-ci turunun "Atalanta" - "Sassuolo", "Torino" - "Parma", "Verona" - "Kalyari" və "İnter" - "Sampdoriya" matçları koronavirus təhlükəsi səbəbiylə təxirə salınıb.

Artıq İtaliyada yüz nəfər koronavirusa yoluxub. Xəstəlik səbəbindən üç nəfərin öldüyü bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.