İdman

“Fənərbaxça”da ayrılıq - Fransalı futbolçu göndərildi

22 Fevral 2020 14:34
0 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbaxça" futbolçusu Adil Rami ilə yolları ayırıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami mövsümün əvvəlində "Fənərbaxça" ilə 1+1 illik müqavilə imzalamışdı. "Lill", "Valensiya", "Milan", "Marsel" və "Sevilya"da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.