İdman

"Gülləsiz döyüşə girməyin mənası yoxdu"- Mourinyo

20 Fevral 2020 12:02
0 Şərh     Baxış: 1 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında evdə "Leytpsiq" 0:1 hesabı ilə uduzub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, görüşün ardından komandanın baş məşqçisi Joze Mourinyo qaşrılaşma barədə fikirlərini bildirib:

"Oyunçularım əllərindən gələni etdilər. Lamelanı əvəzləməliydim. Çünki zədədən yeni qayıdıb. Biz böyük bir komandayıq. Möhtəşəm oyunçularımız var. Amma digər tərəfdən hazırkı vəziyyətimizi görürsünüz. Gülləmiz olmasa, silahla döyüşə girməyin mənası yoxdur. Hətta bəzi anlarda şanslıydıq. Qapıçımız iki inanılmaz qurtarış etdi. Bu hesab məni narahat etmir. Orada qazana bilərik. Sadəcə, oyunçuların çox sıx oynaması məni düşündürür. Bu gün Moura, Berqvein, Lo Çelso tamamı ilə tükəndi. Ciddi problemlərimiz var. Bir matc oynasaq, deyərəm ki, problem yoxdur. Ancaq hələ qarşıda bizi çətin Premyer Liqa və FA Kubokunun oyunları gözləyir".

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması martın 10-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.