"Yuventus"un hücumçusu Kriştianu Ronaldu bu gün "Brescia"ya qarşı oyunda iştirak etməyəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, "Yuventus" - "Brescia" görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
Əlavə edək ki, daha öncə "Yuventus"un baş məşqçisi Mauritsio Sarri bu oyunda Ronalduya istirahət verə biləcəyini demişdi.
Milli.Az