İdman

Bakıda sinxron cütlər arasında batut gimnastikası üzrə yarışlarda finalçılar müəyyənləşib

16 Fevral 2020 09:33
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku çərçivəsində sinxron cütlər arasında batut gimnastikası üzrə finalçılar müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dünya Kubokunun finalına qadınlar arasında Fransa, Ukrayna, Rusiya, Belarus, Avstraliya, Braziliya, ABŞ və İsveçdən olan sinxron cütlər çıxıb.

Kişilər arasında Belarus, Fransa, Yaponiya, Danimarka, Ukrayna, Kanada, Avstriya, Qazaxıstandan olan cütlər finala yüksəliblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.