İdman

Qadınlar arasında tamblinq yarışlarında finalçılar məlum olub

15 Fevral 2020 13:06
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda qadınlar arasında tamblinq yarışlarında finalçıların adı məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, finala Houp Bravo (ABŞ), Emili Vambot (Fransa), Kendi Bri-Vetilar (Fransa), Tia Teylor (ABŞ), Viktoriya Danilenko (Rusiya), İrina Siliçyova (Rusiya) və Darya Kozyarskaya (Ukrayna) vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan gimnastı Fərid Mustafayev kişilər arasında tamblinq yarışlarında finala çıxmışdı.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.