İdman

"Tvente" Araz Abdullayevi istəyir!

17 Aprel 2010 12:22
Baxış: 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın 19 yaşlılardan ibarət futbol yığmasının və "Neftçi"nin üzvü Araz Abdullayev daha bir əcnəbi klubun maraq dairəsinə düşüb.

Belə ki, 19 yaşadək futbolçular arasında Türkiyədə keçirilən Avropa çempionatının elit-raundunda yığmamızın oyunlarını izləyənlər arasında Hollandiyanın "Tvente" klubunun baş meneceri də olub. Əcnəbi mütəxəssis futbolçularımızdan Araz Abdullayevin oyunundan razı qalıb və bu barədə öz rəhbərliyinə məruzə edib.

"Tvente" klubu yaxın günlərdə Arazın transferi ilə bağlı "Neftçi"yə rəsmi müraciət edəcək.
Xatırladaq ki, buna qədər Rusiyanın "Rubin", İngiltərənin "Everton" klubları da Araz Abdullayevi öz heyətlərində görmək istəyi ilə "Neftçi" klubuna müraciət edib. Klub rəhbərliyi isə yekun qərar verməkdə tələsmir.

Onu da bildirək ki, Arazın keçmiş komanda yoldaşı Vaqif Cavadov da hazırda "Tvente"nin formasını geyinir.

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.