İdman

İlin ən yaxşısına "Qızıl oturacaq" verdilər

4 Fevral 2020 08:53
0 Şərh     Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada 2019-cu ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu ada "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini layiq görülüb.

Azarkeşlər arasında aparılan səsvermənin nəticəsində 62 yaşlı mütəxəssis bütün rəqiblərini üstələyib. Bununla bağlı təşkil edilən tədbirdə Qasperiniyə "Qızıl oturacaq" təqdim olunub.

Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ildən "Atalanta"nı çalışdırır. Onun komandası hazırda A seriyasında 4-cü pillədə qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.