İdman

3 azarkeş həbs olundu - Premyer Liqa oyununa görə

4 Fevral 2020 08:33
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının XXV turunda keçirilən "Vest Hem" - "Brayton" oyununda xoşagəlməz hal yaşanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 3:3 hesabı ilə başa çatan qarşılaşmada azarkeşlər etik qaydaları pozublar.

Oyun zamanı irqçi şüarlar səsləndirən "Vest Hem"in iki fanatı homofobiya şübhəsi ilə aşkarlanaraq həbs olunub. Həmin şəxslər hazırda nəzarətdədirlər və onlarla bağlı araşdırma aparılır. Həmçinin rəqib fanatlarına hücum çəkən "Vest Hem"in daha bir azarkeşi saxlanılıb.

Qeyd edək ki, Premyer Liqanın XXI turu çərçivəsində baş tutan "Brayton" - "Çelsi" (1:1) görüşündən sonra da polislər eyni səbəbdən 3 azarkeşi həbs etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.