İdman

Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazandı - FOTO

2 Fevral 2020 09:27
0 Şərh     Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.

Milli.Az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir.

Yarışa fevralın 2-də yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.