İdman

Ən bahalı biletin qiyməti 20 minə yaxındır

31 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 2 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı döyüşçcü, UFC çempionu Həbib Nurməhəmmədov və amerikalı döyüşçü Toni Ferqüson arasında baş tutacaq görüşün qiymətləri açıqlanıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatçılardan "TASS"a verilən məlumata görə, ən bahalı biletin qiyməti 11 157 dollar (18966,90 AZN) təşkil edir.

UFC klubunun üzvləri üçün ən ucuz biletin qiyməti isə 99 dollardır (168,30 AZN).

Görüş UFC 249 turniri çərçivəsində aprelin 18-də Bruklində (ABŞ) keçiriləcək.

Nurməhəmmədovun aktivində 28 qələbə var. İdmançı bu günədək məğlub olmayıb. Ferqüsonun aktivində isə 25 qələbə və 3 məğlubiyyət var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.