İdman

Türkiyə Super Liqasında 1 aylıq baş məşqçi

20 Yanvar 2020 15:11
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Kasımpaşa" klubunun baş məşqçisi Tayfur Havutçu istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Super Liqanın 18-ci turunda səfərdə "Trabzonspor"a 0:6 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransında qərarını açıqlayıb.

Qeyd edək ki, "Kasımpaşa"ya ötən ayın əvvəlində baş məşqçi təyin olunan Tayfur Havutçun  rəhbərliyi altında komanda 5 Superliqa matçına çıxıb və cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi 18 oyuna 15 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.