İdman

Türkiyədə də uduzur - “Səbail”

16 Yanvar 2020 07:05
0 Şərh     Baxış: 430

Bakının "Səbail" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir. 

Milli.Az apasport.az-a istinadən bildirir ki, Premyer Liqanın autsayderi bu gün ilk yoxlama oyununu keçirib.

Bakılılar Qazaxıstanın "Jetısu" klubu ilə üz-üzə gəliblər. Baş məşqçi Aftandil Hacıyevin yetirmələri Belekdəki "Spice Hotel"in meydançasında baş tutan qarşılaşmadan məğlub ayrılıb - 0:1.

Qeyd edək ki, "Səbail" Antalyada daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
 
Yoxlama görüşü
15 yanvar
"Səbail" - "Jetısu" (Qazaxıstan) - 0:1

Belek. "Spice Hotel"in meydançası

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.