İdman

Eriksen İtaliya klubuna keçir

13 Yanvar 2020 14:35
0 Şərh     Baxış: 1 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter" "Tottenhem"dən Kristian Erikseni transfer etməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. Xəbərdə, Eriksenin "neradzurri" ilə 4 illik müqavilə imzalayacağı bildirilib.

Danimarka millisinin də formasını geyinən yarımmüdafiəçi "İnter"də illik 7,5 milyon avro məvacib alacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.