İdman

"Liverpul"dan rekord göstərici

12 Yanvar 2020 13:29
0 Şərh     Baxış: 1 421
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Premyer Liqanın 22-ci turunda səfərdə "Tottenham"i məğlub edən "Liverpul" rekord nəticə əldə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" bu qələbə ilə "böyük beşlik"də 21 oyundan sonra ən çox xal toplayan komanda olub.

38 oyundur məğlub olmayan mersisaydırlar hazırda 61 xalla turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, "Liverpul" "Tottenham" qələbəsinin ardından ikinci pillədə qərarlaşan "Lester"lə xal fərqini 16-ya çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.